XI-XIV əsrlərin nadir sənət incisi olan, Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanın elmi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşan Xanəgah kompleksi Bakıdan 127 km-də, Hacıqabul rayonu ərazisində, Qubalı Baloğlan kəndində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət yolu üzərində yerləşir.
Pir Hüseyn Xanəgahı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il 19-№li əmri ilə ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Bundan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında qoruqda bərpa və rekonstruksiya işləri başlanmışdır. 2007-ci il oktyabrın 1-də Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevin ,bir çox səfirliklərin nümayəndələrinin iştirakı ilə bərpadan sonra təntənəli açılış mərasimi olmuşdur. (daha çox…)
Xəbərlər
Xanəgah Abşeron-Şirvan memarlıq üslubunda inşa edilib. Ona aid bəzi memarlıq nümunələri və mehrabı Təbriz ustaları tərəfindən hazırlanıb ki, bu da xanəgahın vahid Azərbaycan memarlıq nümunəsi olduğunu sübut edir. Xanəgah möhkəm divarlarla qapalı, bürclərlə möhkəmləndirilmiş qalaçaya bənzər quruluşda əks olunmuşdur.