31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü!

      Evvala xoş gəlmisiniz! Her birinizi qarşıdan gelen dünya azerbaycanlılarının həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik edirəm.İlk öncə sizlərə həmrəylik günü haqqında qisaca melumat verim daha sonra keçək hörmətli qonaqlarımızın çıxışlarını dinləyək.

      31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan hər il 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. Bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissləri və ideyaları təşkil edir. 

Həmrəylik gününün tarixi -1989-cu ildə Naxçıvanda Güney Azərbaycanla (SSRİ-İran sərhədləri) sərhəd dirəklərinin sökülməsindən başlayıb. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. 1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi rəsmi bayram élan edilib.

   İlk öncə çıxış üçün sözü: Qoruğun direktoru Mübariz müellime verək.

31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan azərbaycanlı tərəfindən qeyd

olunur. Artıq həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib.

Çıxış üçün sözü: Tarix diyarşünaslıq muzeyinin direktoru –Məhəmməd müəllim İsayev cənablarına verək.

 

     İndi dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Amerika Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə yaxın azərbaycanlı yaşayır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə  axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib. 

 

Çıxış üçün sözü: İdman idarəsinin nümayəndəsi Bəsti xanıma verək.

 

    Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlılarının sayı Türkiyədə  və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb  ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə  İrandan və Azərbaycan Respublikasından köçənlərdir.

  Çıxış üçün sözü: Kitabxananın nümayəndəsi Mayaxanim  xanıma verək.

    Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və  Orta Asiya respublikalarında yüz minlərlə,  İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə,  İraqda isə təqribən bir milyona çatır. Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə  də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının  yaşadığı barədə məlumatlar  var.

Çıxış üçün sözü: Şəhər 3 saylı orta məktəbin müəllimi Həcər müəlliməyə verək.

 

İndi isə söz şagirdlərindir :

     Dünyada yaşayan bütün azərbaycanlılar 31 dekabr dünya azərbaycanlılarının Həmrəylik günü ilə fəxr edir və onu qürurla qeyd edirlər.

     Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir.     Sonda isə öz adımdan və Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun  kollektivi adından  sizi milli birliyimizin rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir daha ürəkdən təbrik edir, yeni İldə sizə hər bir sahədə uğur  xalqımıza sülh, əmin-amanlıq və xoşbəxtlik,2015-ci ildə  isə böyük Qarabağ münaqişəsinin həllinə nail olmağı arzu edirəm. 

 

                                       Bayraminiz mübarək!           






Spread the love