ZƏNGİNLƏŞƏN FOND

     Hacıqabul rayonu abidələrlə zəngin olması,Hacıqabulun qədim yaşayış məskənlərindən olmasının sübutudur.Rayon ərazisində 14 qeydə alınmış və 18 yeni aşkarlanmış abidə vardır.

     Ölkə əhəmiyyətli olan,XI-XIV əsrlərin yadigarı olan Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunun elmi fondu zənginləşməkdə davam etdirilir.Bunun üçün qoruq ərazisindən və bir çox ərazilərdən eksponatlar toplanıb,qeydiyyata alınaraq fonda təhvil verilir.

     Qoruğun elmi fondunda 25736 eksponat var.

Bunlardan 183-ü qəbir,83-ü arxeoloji əşya,15-i tətbiqi incəsənət,49-u bütöv saxsı və mis qablar, 25406-sı isə dulusçuluq və keramika məmulatlarıdır.

     183 qəbir.Bu qəbirlər xanəgahın şərq hissəsində olan qəbirstanlıqda yerləşməkdədir.Qəbirlərin üzərində güzgü,heyvan və müxtəlif qədim alətlər və.s təsvirlər vardır.Bu təsvirlər insanların hansı işlə məşğul olmalarını sübut edir.

     83 arxeoloji əşya.Arxeoloji əşyalar qoruğun həyətində sərgilənməkdədir.Bu arxeoloji əşyalar,hansısa bəzək əhəmiyyətini daşımış və qəbir daşlarının müəyyən hissəsindən ibarət daş parçalarıdır.Daş parçaları üzərində ox və yay təsviri,səkkizguşəli ulduz və.s təsvirlər və vaxtilə saat kimi istifadəsi ehtimal olunan daş parçaları vardır.

     15 parça tətbiqi incəsənət (Kaşı parça).Kaşı parçaları xanəgahı və türbəni vaxtilə bütünlüklə bəzəmişdir.Çox dəyərə malik olan kaşı parçaları ilə yalnız Məşhəddəki İmam Rza Məqbərəsindəki kaşılarla rəqavət apara bilər.

     Çox təssüflər olsun ki,bu kaşı parçalarından yalnız 15 parça qoruq fondunda saxlanmaqdadı.Kaşı parçaları müxtəlif vaxtlarda,xanəgahdan qopardılaraq avropa muzeylərinə ermənilər tərəfindən satılmışdır.Bu kaşı parçaları Leninqrad Dövlət Ermitajında,Gürcüstan Dövlət Muzeyində,Moskva Şərq Xalqları Mədəniyyəti Muzeyində,Avropanın Luvr,Böyük Britaniya və başqa avropa muzeylərində saxlanmaqdadır.

     49 ədəd saxsı və mis bütöv qablar.Bu qablar bərpa edilərək bütöv hala gətirilmiş saxsı və mis qablardır.

 

     Qoruğ fondunda olan 25736 eksponatlardan,25406-sı dulusçuluq və keramika məmulatlarıdır.

     Bundan əlavə,elmi fondla yanaşı köməkçi fond da artmaqda davam etdirilir.Köməkçi fondda 1612 eksponat var.

  

     Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2004-cü il,22 yanvar 19 nömrəli əmri ilə ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət nəzarətinə götürülmüşdür.

     Qoruq yaranandan dərhal sonra Mədəniyyət və Turizm Nazirliyinin nəzarəti altında təmir-bərpa,rekanstruksiya işlərinə başlanılmışdır.Gərgin keçən üç illik bərpadan sonra 2007-ci il oktyabr ayının 1-də,şəxsən hörmətli cənab Nazir Əbülfəs Qarayevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir.Tədbirdə çoxlu sayda qonaqlar,eləcədə respublikada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərin rəhbər şəxsləri iştirak etmişlər.Açılışdan sonra qoruğa gələn ziyarətçilərin sayı ildən-ilə artmaqda davam edir.Təkcə respublikamızda keçirilən “İslam oyunları” ilə əlaqədar olaraq,paytaxtımıza gələn İslam ölkələrindən çoxlu sayda qonaqlar qoruğumuzu ziyarət etmişlər.

     Ümumilikdə Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğu yaranandan bu vaxta qədər,qoruğumuzu 150000-ə qədər ziyarətçi ziyarət etmişdir.Aparılan statistik hesablamalara görə keçən müddət ərzində qoruğa 12000-dən artıq xarici turist gəlmişdir.Bunlara misal olaraq ABŞ,Rusiya,Almaniya,Avstriya,Çexiya,Türkiyə,İran,Pakistan və.s. ölkə vətəndaşlarını göstərmək olar.

     Son illər qoruğa gələn ziyarətçilərin rahatlığını təmin etmək üçün,qoruq ərazisində xeyli abadlıq işləri görülmüşdür.Buna bariz subut olaraq ziyarətçilərin,qoruğun rəy kitabına öz razılıqlarını və müsbət rəylərini misal göstərmək olar.Bundan sonrada çalışacağıq ki,cənab Prezidentimizin qeyd etdiyi kimi ölkəmizdə turizmin inkişafı üçün,öz imkanlarımız daxilində əlimizdən gələn işlərin hamısını yüksək səviyyədə görək.










Spread the love