Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları  Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab edərək əmək haqlarından  Fonda vəsait köçürmüşlər.

Rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları üzərində qazanmaqda olduğu möhtəşəm zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaratmaqda, hamımıza qələbə sevinci bəxş etməkdədir.Qoruq  əməkdaşları olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, tezliklə torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əminik!

Hərbçilərimizə, o cümlədən bu günlərdə ordu sıralarına qoşulmuş əməkdaşlarımıza bu müqəddəs yolda uğurlar arzulayır, vətən müharibəsində böyük qələbələr əldə edən qəhrəman əsgərlərimizlə qürur duyuruq.

Qarabağ Azərbaycandır!

Spread the love