“ Pir Hüseyn Xanəgahı ” nda payızlıq ağac əkimi kampaniyası davam edir.

    Bildiyimiz kimi meşələrin, ağacların, insan həyatında böyük rolu var.1 ağac il ərzində təxminən 120 kiloqram oksigen buraxır.Bu isə neçə-neçə canlının yaşaması deməkdir.Ağacların rolu insan həyatında təkcə oksigenlə yadda qalmır.Ağaclardan həm meyvə, həm də kağız, karandaş, və.s. kimi gündəlik istifadə ediləcək əşyalar hazırlanır.

     İldən-ilə ölkəmizdə ağac əkmə kampaniyası keçirilir və ağacların sayı artırılır.Hər il olduğu kimi, bu il də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda payızlıq ağac əkmə kampaniyası keçirilmişdir.Kampaniya çərçivəsində 200-dən çox müxtəlif meyvə ağacları və dekorativ güllər əkilmişdir.Bu gözəl təşəbbüsü qarşıdakı günlərdə də davam etdirməyi qarşımıza məqsəd qoymuşuq və bunun üçün işlər görülür.

     Gəlin təbiətimizi birlikdə qoruyaq!

Spread the love