Qoruğumuz postpandemiya dövrünə hazırlaşır

Məlumdur ki, 2020-ci il Dünyada koronavirus bəlası ilə yaddaşlarda qaldı.Çox təəssüf ki, yaşadığımız 2021-ci ildə də COVİD-19 pandemiyası davam edir.

Koronavirusun başqa sahələrdə olduğu kimi tarixi abidələrimizə gələn ziyarətçilərin də sayına çox böyük təsiri olmuşdur. Hətta Nazirlər Kabineti Yanında Operativ Qərərgahın qərarına əsasən, qoruqlar uzun müddət ziyarətçilər üçün bağlı elan edilmişdir.

Artıq Dünyanın başqa ölkələrində olduğu kimi ölkəmizdə də bu virus əleyhinə vaksinasiyaya başlanmışdır. Yəqin ki, yaxın vaxtlarda İnşallah ölkəmizin üzərindən bu bəla sovuşacaqdır.

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə 25 yanvar 2021-ci il tarixdən müəyyən məhdudiyyətlər tətbiq edilməklə qoruqlar ziyarətçilər üçün açılmışdır. Bununla əlaqədar olaraq iş planına uyğun başqa qoruqlarda olduğu kimi Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” nda da ziyarətçilərin səmərəli ziyarət keçirmələrindən ötrü müəyyən işlər görülür.Buna misal olaraq qoruq ərazisində yaşıllıq zolaqları xeyli artırılmış, çox sayda meyvə və dekorativ ağaclar əkilmişdir.

Bundan başqa Dövlət Xidmətinin təlimatına uyğun olaraq qoruğun giriş qapısında ziyarətçilərin məlumatlandırılması üçün iki ədəd (İngilis və Azərbaycan) böyük ölçüdə məlumat lövhələri yerləşdirilmişdir.

Həmişə olduğu kimi çalışacağıq ki, qoruğa gələn ziyarətçilər geniş məlumatlandırılsın və müsbət fikirlərlə geri dönsünlər.

Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun ekskursavodu: Z.Süleymanova

Spread the love