“Pir Hüseyn Xanəgahı” nda “Açıq Kitabxana” günü keçirilmişdir.

Azərbaycan Respubliksı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon”Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlərin keçirilməsi ənənə halını almışdır.

18.05.2021-ci il tarixində Hacıqabul rayon Rəncbər və Qubalı-baloğlan kənd kitabxanalarının və Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı “da” Açıq kitabxana”adlı tədbir keçirilmişdir.11:00-da keçirilən tədbirdə kitabxana işçiləri,qoruq əməkdaşları,qoruğa gələn ziyarətçilərdə iştirak etmişdir.Tədbir pandemiya qaydalarına uyğun təşkil olunmuşdur.Keçirilən tədbirdə dahi şairlər kitabları sərgilənmişdir.Tədbirdə həmçinin Nizami Gəncəvi 880-ildönümü ilə əlaqədar məlumatlar verilmişdir.Məktəblilərin çəkdiyi rəsmlər nümayiş olunmuşdur.Açıq havada baş tutan tədbirdə kitabxananın sədiri Almaxanım kitabların insanlar üçün necə önəmli olduğunu vurğulayıb.

Tədbirdə ara məsafəsi saxlamaqla xatirə şəkilləri çəkildi.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun baş fond mühafizi Nurlana Əskərova

Spread the love