“18 May Beynəlxalq Muzeylər Günü” dür

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü geniş qeyd olunur.Bu bayram dünyanın 100 dən çox ölkəsində,o cümlədən Azərbaycanda da geniş qeyd olunur.Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da, təntənə ilə qeyd olunur.Artıq Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlərin keçirilməsi ənənə halına çevrilmişdir.Sözü gedən qoruq, növbəti tədbirə, yəni “18 May Beynəlxalq Muzeylər Günü” nə ev sahibliyi edir.Çox təəssüflər olsun ki, bu dəfəki tədbirimiz də karantin qaydalarına uyğun təşkil edilmişdir.

Artıq bir neçə gündür ki, qoruğa gələn məktəbli və tələbələrə tarixi abidə ilə yanaşı, “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar məlumatlar verilir.18.05.2021.-ci il tarixində açıq səma altında baş tutmuş tədbirdə qoruğa gələn ziyarətçilər, məktəbli və tələbələr iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan qoruğun eskursavdu Zəhra Süleymanova tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən geniş söhbət açmışdır.Sonra qoruğun baş fond mühafizi mövzu ətrafında geniş məruzə ilə çıxış etmişdir.O, öz nitqində, ölkəmizdə muzey işinin inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığından geniş söz açmışdır.Daha sonra məktəbliləri maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən həvəslə cavablandırılmışdır.

Sonda tədbir iştirakçıları öz ürək sözlərini bildirərək, bu tədbirin ərsəyə gəlməsində zəhmət çəkən hər bir kəsə səmimi təşəkkürlərini bildirmişlər.

Tədbir xatirə fotoşəkillərinin çəkiliməsilə sona çatmışdır.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun elmi işçisi Zaur cəfərov

Spread the love