"Pir Hüseyn Xanəgahı" tarix-memarlıq qoruğunda dezinfeksiya işləri aparılmışdır.

“Pir Hüseyn Xanəgahı” tarix memarlıq qoruğunun kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin , Mədəniyyət Nazirliyinin , operativ qərargahın qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu məqsədlə 24 may 2021 ci il tarixində  Mədəniyyət Nazirliyinin müafiq əmrinə əsasən qoruğumuzda   COVİD-19 infeksiyasının qarşısının alınması məqsədilə növbəti dəfə dezinfeksiya işləri aparılmışdır.Aparılan dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunmuşdur.
Xatırladaq ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi , tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Mədəniyyət Naziri Cənab Anar Kərimovun 05 fevral 2021-ci il tarixli əmrində mədəniyyət müəssisələrində bazar ertəsi günləri qeyri iş günü elan edilməklə  müvafiq dezinfeksiya tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.

Spread the love