Hacıqabul rayon Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunda Novruz bayramına həsr edilmiş tədbir keçirildi

Ənənəvi olaraq bu ildə Hacıqabul rayon Pir Hüseyn Xanəgahı tarix-memarlıq qoruğunda Novruz bayramına həsr edilmiş tədbir keçirildi. Tədbir keçirilən məkan milli ornamentlərlə, Novruz bayramına aid əşyalarla bəzədilmişdir, tonqal qalanmışdır. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun baş məsləhətçisi Şahin Şahbazov, Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi Hacıqabul rayon şöbəsinin müdiri Elnur Əmiraslanov, Hacıqabul rayon Mühafizə idarəsinin rəisi Müşviq Tanarverdiyev, Hacıqabul rayon Gənclər və Turizm idarəsinin müdiri Saleh Ələsgərov, Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına İdman və Sağlamlıq mərkəzinin məşqçisi Elnur Şəfiyev və onun yetirmələri, eləcə də idarə və təşkilatların nümayəndələri iştirak edirdilər. İlk olaraq söz qoruğun direktoru Məhərrəm Müslümova verildi. Öz çıxışında o qoruğun yaranma tarixindən və bu illər ərzində görülən işlərdən danışdı. Daha sonra digər tədbir iştirakçıları öz ürək sözlərini və təbriklərini çatdırdılar. Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına İdman və Sağlamlıq mərkəzinin məşqçisi Elnur Şəfiyevin yetirmələri öz fəaliyyətlərini nümayiş etdirdilər. Bahar libaslarını geyinmiş körpələrimizdə bayram töhvələrini söylədilər. Tədbir çay süfrəsi ilə davam etdi. Sonda xatirə şəkilləri çəkildi.

 

 

 

 









Spread the love