31 mart azərbaycanlıların soyqırımı günü

31 mart azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda əməkdaşlar tərəfindən gələn ziyarətçilərə ətraflı məlumat verildi. Qeyd olundu ki, azərbaycanlılar dəfələrlə bu cür soyqırımlara məruz qalmış, uşaqlara, qadınlara, yaşlılara, bir sözlə yaşından asılı olmayaraq hər birinə divan tutulmuşdur. Lakin bütün bunlara baxmayaraq Azərbaycan xalqı qətiyyən sınmamış, əksinə düşmənin gözünə dik baxmağı bacarmışdır. Xalqımız bu cür çətin vəziyyətlərdən hər zaman üzü ağ çıxmışdır.

Mart soyqırımı – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Mahiyyətcə milli soyqırımı olan “Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasın zərbə vurdu.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan “Müsavat”ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya İmperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyat hüququ vermək ideyasından imtina etməyə bundan sonra tam dövlət müstəqilliyi xəttini əsasa götürməyə, “Müstəqil Azərbaycan” ideyasını irəli sürməyə məcbur etdi.

Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri boşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus. 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

Spread the love