Bu gün “28 May Respublika Günü” dür.

28 may tarixi Azərbaycanda “28 May Respublika Günü” kimi qeyd olunur.

Bu tarixi gün Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövləti Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da təntənəli şəkildə qeyd olunur.Tədbirlər planına uyğun olaraq 22-28 may tarixlərində qoruğa gələn məktəbli və təlbələrə günün mahiyyəti haqqında ətraflı məlumatlar verilmişdir.

28.05.2021.- tarixində isə karantin qaydalarına uyğun “28 May Respublika Günü” adlı tədbir keçirilmişdir.Tədbirdə qoruq əməkdaşları ilə yanaşı, qoruğa gələn ziyarətçilər, məktəbli və tələbələr iştirak edirdi.Qoruğun baş elmi işçisi Mirislam İsmayılov tədbir iştirakçılarını salamlayaraq, tədbirin mahiyyəti haqqında geniş məruzə ilə çıxış etdi.Sonra qoruğun ekskursavodu Zəhra Süleymanova mövzu ətrafında çıxış edərək, məktəbliləri maraqlandıran sualları həvəslə cavablandırdı.Daha sonra məktəblilər “28 May Respublika Günü” ilə əlaqədar hazırlanmış fotostendə baxış keçirdilər.

Tədbir xatirə fotşəkillərinin çəkilməsilə sona çatdı.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love