27 Sentyabr Anım günüdür

27 Sentyabr İkinci Qarabağ şavaşının Ümumrespublika Anım günü ilə əlaqədar olaraq bütün ölkə ərazisində Anım tədbirlərinin keçirilməsi davam etdirilir. Şəhidlərimizin əbədi xatirəsini yad etmək məqsədilə keçirilən tədbirlər ölkə ictimaiyyətində Vətənpərvərlik ruhunun yüskək olduğunun bariz nümunəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun tədbirlər planında da bu günün daha da əzəmətli keçirilməsi üçün müəyyən işlər görülmüşdür.

27 Sentyabr 2021-ci il saat 10:00-da Hacıqabul rayon mərkəzində Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Anım mərasimində qoruq rəhbərliyi də iştirak etmiş, daha sonar isə qoruğun ərazisində yerləşən Qubalı-Baloğlan kənd məzarlığında dəfn olunan 3 nəfər İkinci Qarabağ Şəhidinin məzarı kollektiv tərəfindən ziyarət edilmişdir.

Tədbirdə hər 3 Şəhidin valideynləri də iştirak etmiş və Şəhidlərimiz haqqında da öz şirin xatirələrini tədbir iştirakçılarına danışmışlar.

Şəhid Süleyman Bağırovun anası Ofeliya Bağırova oğlunun döyüş yolundan danışmış və sözünü Vətən Sağ olsun deyərək yekunlaşdırmışdır. Daha sonra, qoruq əməkdaşları Şəhid məzarları üzərinə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər. Tədbirin sonunda məzarlıqda uyuyan Şəhidlərin ruhuna dualar oxunmuş və Fatihə verilmişdir.

Bildirək ki, Anım tədbirləri tədbirlər planına uyğun olaraq noyabr ayının 8-nə kimi davam etdiriləcəkdir.

Spread the love