Qoruq əməkdaşları Hacıqabul rayon Qubalıbaloğlan kəndində yerləşən Şəhidlərin “Xatirə Kompleksinin” önündə gül qoyma mərasimində iştirak etmişlər.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Resbublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.Bu tarixi gün azərbaycanın hər yerində qeyd olunur.O cümlədən, Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da, qeyd olunmaqdadır.Bununla əlaqədar olaraq, qoruqda “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.Tədbirlər planında nəzərdə tutulmuş növbəti tədbir Qubalıbaloğlan kəndində yerləşən Şəhidlərin “Xatirə Kompleksinin” önünə gül dəstələrinin qoyulması olmuşdur.

15.10.2021-ci tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun kollektivi Qubalıbaloğlan kəndində yerləşən Şəhidlərin “Xatirə Kompleksinin” önünə gül dəstələri düzmüşlər.Tədbir iştirakçıları vətən uğurunda şəhid olanların ruhlarını 1 dəqiqəlik sükutla yad etmiş, ruhlarına dualar oxumuşlar.

Allah Şəhidlərimizə rəhmət etsin.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun

elmi işçisi Zaur Cəfərov

Spread the love