“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun kollektivi Hacıqabul rayon Rəncbər kənd Şəhidi XTQ giziri Zeynalov Fikrət Hikmət oğlunun məzarını ziyarət etmişlər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun kollektivi Hacıqabul rayon Rəncbər kənd Şəhidi XTQ giziri Zeynalov Fikrət Hikmət oğlunun məzarını ziyarət etmişlər.

Bilidiyimiz kimi, ölkəmizdə “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Bayramı” ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam etdirilir.O cümlədən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da tədbirlər həyata keçirilməkdədir.Tədbirlər planında nəzərdə tutulmuş növbəti tədbir Hacıqabul rayon Rəncbər kənd Şəhidi XTQ giziri Zeynalov Fikrət Himət oğlunun məzarını ziyarət edilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə 02.11.2021-ci il tarixində Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun kollektivi Şəhidin məzarını ziyarət etmiş, Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmiş, vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunmuş, Şəhidin məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.

Allah Şəhidlərimizə rəhmət etsin!

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love