Qoruqda “Mütaliə həftəsi” və “Açıq kitab sərgisi”

     Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun, eləcə də Hacıqabul rayon Mərkəzi Kitabxanasının- Rəncbər və Navahı kənd kitabxana kollektivinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münsibətilə “Mütaliə həftəsi” və “Açıq kitab sərgisi” adlı tədbir keçirildi. Tədbirdə qoruğun, kitabxanaların əməkdaşları və digər qonaqlar iştirak edirdilər. Tədbirdə ümummilli liderə həsr olunmuş əsərlər, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin- şairlərin, yazıçıların kitabları sərgiləndi. Qonaqlar sərgini maraqla qarşıladı, onlara tədbirin əsas mahiyyəti haqqında geniş məlumat verildi və onları maraqlandıran suallar cavablandırıldı. Sonda xatirə şəkilləri çəkildi.








Spread the love