“Pir Hüseyn Xanəgahı” nda “8 Noyabr Zəfər Günü” və “9 Noyabr Bayraq Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

“Pir Hüseyn Xanəgahı” nda “8 Noyabr Zəfər Günü” və “9 Noyabr Bayraq Günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

     Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.Azərbaycanın hərbi sahədə qazandığı qələbələr bunun bariz sübutudur.Belə qələbələrdən biri də, keçən ilin bu vaxtında başlanılmış haklı savaşımızdır.Bu haklı savaş 30 illik torpaq həsrətinə son qoydu.Bu tarix artıq azərbaycanda bayram günü kimi, yəni “8 Noyabr Zəfər Günü” kimi qeyd edilir.
Bu gün ölkəmiz iki tarixi gününü qeyd edir.Azərbaycanın hər yerində, dünyanın bir çox ölklərində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-emarlıq qoruğunda da qeyd olunmaqdadır.Tədbirlər planına uyğun olaraq qoruğa gələn qonaqlara günün mahiyyəti haqqında ətraflı məlumatlar verilmiş və tədbir təşkil edilmişdir.Tədbirdə qoruq əməkdaşları ilə yanaşı, qoruğan gələn qonaqlar və məktəblilər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan qoruğun ekskursavdu Naibə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, mövzunun əhəmiyyətindən geniş söz açdı.O, çıxışında qeyd etdi ki, azərbaycan xalqı və ordusu Ali Baş Komandanın ətrafında sıx birləşərək “Dəmir Yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan ordusu Qələbə qazanmışdır. Sonra qoruğun digər əməkdaşı tədbir iştirakçılarına “9 Noyabr Bayraq Günü” ilə əlaqədar məlumatlar verdi.
Tədbirin sonunda xatirə foroşəkilləri çəkildi.
Qeyd edək ki, 27 sentyabr- 8 noyabr tarixlərində II Qarabağ Müharibəsi ilə əlaqədar Hacıqabul rayonu, Qubalıbaloğlan və Rəncbər kəndlərində olan şəhid məzarları qoruq əməkdaşları tərəfindən ziyarət edilmiş, ruhlarına dualar oxunmuş və məzarları önünə tər gül dəstələri düzmüşlər.

Allah şəhidlərimizə rəhmət etsin!

Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı”
tarix-memarlıq qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love