“12 Noyabr Konstitusiya Günü”dür.

Azərbaycan Respublikasının Konstitusiya günü – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür.Hazırki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir.Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı.1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Bu tarixi gün Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövləti Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da qeyd olunur.Tədbirlər planına uyğun olaraq 10-12 noyabr tarixlərində qoruğa gələn ziyarətçilərə günün mahiyyəti haqqında ətraflı məlumatlar verilmişdir.

Tədbirdə qoruğun böyük elmi işçisi Yusifli Elmin tədbir iştirakçılarını salamlayaraq, növbəti dəfə Konstitusiyanın qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunun olmasından söz açmışdir. Sonra qoruğun ekskursavodu Xəyalə Ağayeva mövzu ətrafında çıxışı davam etdirdi.Məruzəçi tədbirin sonunda tədbir iştirakçılarına təşəkkürünü bildirdi və işlərində uğurlar arzuladı.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

 

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun böyük elmi işçisi Elmin Yusifli.

Spread the love