“Xocalı Faciəsi” nin 30-cu ildönümüdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik Azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.1275 nəfər əsir götürülüb.Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Hazırda Xocalı soyqrımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.Xocalı Faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir.Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.Prezident İlham Əliyev yanvarın 28-də Xocalı soyqırımının 30-cu ildönümü haqqında mühüm sərəncam imzalamışdır.

 

Bu gün ilə əlaqədar Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da anım tədbiri keçirilmişdir.Qoruğa gələn ziyarətçilərə və məktəblilərə qoruğun Baş elmi işçisi Elmin Yusifli bu dəhşətli faciə haqqında geniş məlumat vermişdir.Bu soyqırımın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini söyləmişdir.27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılmış “Dəmir Yumruq” əməliyyatında Ordumuz günahsız körpələrin, yaşlı insanların, qadınların qisasını qəhrəmancasına aldığını bildirmişdir.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

Baş elmi işçi Yusifli Elmin.

Spread the love