Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda Novruz bayramı ilə əlaqədar Tədbirlər keçirilmişdir

Qoruqda “ Novruz”  tədbirləri ilə əlaqədar iməclik keçirilmişdir

 

Artıq  3 ildir ki, dünyanın hər yerində olduğu kimi,Azərbaycanda da COVİD-19 pandemiyası hökm sürür. Mövcud vəziyyət dünya ölkələrinin  iqtisadiyyatına və insan sağlamlığına çox zərər vurduğu halda, ölkəmiz bu sınaqdan üzü ağ çıxmağı məharətlə bacarmışdır. Bu da ölkə Prezidentinin öz xalqının sağlamlığına göstərdiyi diqqət və qayğının bariz sübutudur.

Məlum olduğu kimi, 3 illik hökm sürən pandemiya dövründə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da təşkil olunmalı dövlət tədbirləri təxirə salınmış və yaxud virtual formada keçirilmişdir.Artıq o günlər arxada qaldı.Şükürlər olsun ki, pandemiya bitmək üzrədir.

Sevindirici haldır ki, ilin əvvəlində Nazirlər Kabineti karantin qaydalarının yumşaldılmasına qərar vermişdir. Bu o deməkdir ki, ölkəmizdə nəzərdə tutulan tədbir və yığıncaqların keçirilməsinə start vermək olar.

Artıq bizlər üçün milli bayram sayılan “Novruz” bayramı yaxınlaşır. Novruz bayramı tək xalqımızın deyil, təbiətində bayramıdır.Çünkü məhz bu bayramda təbiət oyanır, ağaclar gül-çiçək açır.

Bildiyimiz kimi, 2009-cu ilin sentyabr ayının 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT-nin Baş Asambeliyasının  64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü”élan edilmişdir.

Sözügedən milli bayram ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı”tarix-memarlıq qoruğunda da qeyd edilməkdədir. Bu münasibətlə tədbirlər planı hazırlanmış, nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir.

İlk tədbirlərdən biri 18.03.2022-ci il tarixində qoruq ərazisində iməclik keçirilmişdir.İməclik ərəfəsində qoruğun bağçasında olan ağaclar əhənglənmiş və alaq otlarından təmizlənmişdir. İməclik çərçivəsində qoruqda olan iş otaqlarında və ərazisində təmizlik işləri aparılmışdır. Bundan əlavə olaraq qoruq ərazisində ağaclar (Eldar şamı, zeytun, badam, heyva, armud, nar) və gül kolları əkilmişdir.

Nəzərinizə çatdıraq ki, “Novruz” tədbirlərinin keçirilməsi davam etdirilir.Növbəti belə tədbirlərdən biri qoruq ərazisində dəfn olmuş şəhid məzarlarının ziyarət olunmasıdır.

 

Qoruqda “Novruz” bayramı ilə əlaqədar tədbirlər davam etdirilir.

Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi fikirlərini demişlər.Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma tarixindən bəhs etmişdir. O, öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.

Novruz bayramı bir sıra adətləri məşhurdur. Papaq atmaq, qulaq falı, tonqaldan tullanmaq, üzük falı, səməni əkmək, yumurta döyüşdürmək bu adətlərə aiddir.

Novruz bayramı-yazın gəlişi dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qeyd olunur.Yazın gəlişi-Novruz bayramı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da hər il qeyd olunur.Hər il bayram ilə əlaqədar qoruq ərasində geniş tədbir keçirilir.Çox təəssüf ki, 2019-cu ildən dünyanı bürümüş COVİD-19 Pandemiyası ilə bu tədbirlərə məhdudiyyətlər qoyulmuşdur.Keçən illər ərzində ölkə ərazisində karantin dövrü olduğu üçün tədbirlərə ara verilmişdir.

Yazın gəlişi 4 çərşənbənin ( Su, Od, Yel, Torpaq) gəlişi başlayır və Novruz bayramının keçirilməsi ilə yekunlaşır. 2022-ci ildə də yazın gəlişi ilə əlaqədar qoruq ərasində keçən illərdəki kimi hazırlıqlar aparılır. Qoruq əməkdaşları tərəfindən 18.03.2022-ci il tarixində qoruq ərazisində  ağacəkmə kampaniyası keçirilmişdir. Hər il olduğu kimi, yeni fəslin gəlişi öncəsi qoruq ərazisində müxtəlif növ ağaclar (bunlara misal olaraq-Eldar şamı, zeytun, badam və sair göstərmək olar)  və müxtəlif növ gül kolları əkilmiş və ağacların əhənglənməsi işi aparılmış. Qeyd etmək lazımdır ki, qoruq ərazisində əkilmiş ağaclar mütəmadi olaraq suvarılır.

 

“Novruz” bayramı ərəfəsində Şəhid məzarlarının ziyarət edilməsi.

Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərlişdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar, həmçinin Azərbaycan xalqı da yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edir.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Novruz tədbirlərinin davamı olaraq, növbəti tədbir qoruq ərazisində olan Şəhid məzarlarının ziyarət edilməsi olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da qeyd edilməkdədir. Bu məqsədlə qoruqda bir sıra tədbirlər keçirilmişdir. Tədbirlər planına uyğun olaraq, 20.03.2022-ci il tarixində qoruq ərasində yerləşən QubalıBaloğlan kənd qəbristanlığında dəfn olunmuş Şəhid məzarları qoruq əməkdaşları tərəfindən ziyarət edilmişdir. 2020-ci il 27 sentyabr tarixində başlamış və 44 gün davam edən “Haqq savaşı” olan “Vətən Müharibəsi” başlamışdır. 44 gün davam edən “Dəmir Yumruq” əməliyyatında QubalıBaloğlan kəndinin Şəhidləri Tağıyev Röyal Tağı oğlu, Alışov Samir Cəlil oğlu, Bağırov Süleyman Kamıl oğlu şəhadətə yüksəlmişlər.Qoruq əməkdaşları Şəhidlərin məzarları önünə tər gül dəstələri qoymuş və ruhlarına dualar oxunmuşdur.

 

“Novruz” bayramı adət-ənənələri.

Yazın gəlişi ilk öncə dörd çərşənbədən başlayır (su,od,yel və torpaq). Birinci su çərşənbəsi adlanır. Bahara doğru buzlar əriyir,çayların donu açılır,torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır.Torpaq yavaş-yavaş islanmağa başlayır.

İkinci çərşənbə od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Hər ailə üzvünü adına bir şam yandırılır.

Üçüncü çərşənbə yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı,təzəcə çıxmış yaza həsrət gülləri tərpədir,tumurcuqlanan ağacları yellədir.

Dördüncü çərşənbə torpaq çərşənbəsidir. İlk yaz əkinin xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.Yaşlı qadınlar səməni göyərdib, buğda isladardılar.

Novruz bayramında xüsusi şirniyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilən şirniyatlara qoğal,şəkərbura,badambura və paxlava aiddir. Hər bir şirniyyatlar səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Bayramda küslülər barışır, böyüklər ziyarət edilir, getdiyin evlərə bayram payı aparılır.

Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikçə yeni-yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb, hal-hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.

  1. Papaq atmaq.Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
  2. Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki,arzunuz yerinə yetəcək.
  3. Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir. Bu adət həm Novruz bayramı günü həmdə əsas od çərşənbəsi günü həyata keçirilir.
  4. Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır,odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
  5. Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmasından xəbər verir.
  6. Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub.Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi bu oyunda.
  7. Bir biri ilə yola getməyən Keçəl ilə Kosa Azərbaycan Novruz bayramının əsas rəmizlərindən biridir.

 

Əziz Azərbaycanlılar və həmvətənlilər bayramınız mübarək!!!

 

Spread the love