“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda ekskursiya

Bu gün 10.05.18 tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları və Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin bir qrup tələbələri Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda ekskursiya keçdilər. Ekskursiya zamanı tələbələrə xanəgahın tarixi keçmişindən və bu günündən geniş məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə sentyabr ayının 6-sı və 7-sində “Müasir Azərbaycandan Tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcək. Azərbaycan Respublikası Memarlıq və İnşaat Universitetinin tələbələri Şirvanşahlar dövlətinin mövcud olduğu dövrdə Azərbaycanın qədim abidələri və tarixi yerlərini araşdırıb “Məhv olmuş və dağıdılmış abidələr və Şirvanşahlar taxtı” layihəsi əsasında müxtəlif maketlər hazırlayacaqlar.












Spread the love