“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar qoruqda tədbir keçirilmişdir.

“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq, ölkəmizin hər yerində tədbirlər keçirilməkdədir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da bu günlər ərzində tədbirlər davam etməkdədir. Bu gün 18 aprel saat 10-00 da Sabirabad Rayon Regional Mədəniyyət İdarəsinin Hacıqabul  rayon  ərazisində yerləşən bütün mədədniyyət ocaqlarının əməkdaşlarının və rayon ictimaiətinin iştirakı ilə qoruq ərazisində geniş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan qoruğun direktoru Məhərrəm Müslümov qonaqları salamlamış, onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra bu günün yaranma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Daha sonra qoruğun elmi işçisi Zaur Cəfərov və ekskursiyaçı Naibə Məmmədova qonaqlara ekskursiya keçib, onları maraqlandıran sualları cavablandırmışlar.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

         Qoruğun ekskursiyaçısı;

          Naibə Məmmədova

 

Spread the love