“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”

“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlər planı hazırlanmış və tədbirlər planına əsasən qoruğa gələn ekskursiyaçılara günün mahiyyəti haqqında ətraflı məlumatların verilməsi, rayon məktəblərinin birində tədbirin keçirilməsi, “Açıq Qapı Günü”nün keçirilməsi, rayon məktəblilərinin qoruğa dəvət edilməsi və qoruğa məxsus sosial şəbəkələrdə  paylaşım edilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planı çərçivəsində ilk tədbirimiz Rəncbər tam orta məktəbində elmi praktiki konfrans keçirilmişdir.

“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları: böyük elmi işçi – Yusifli Elmin, elmi işçi-Cəfərov Zaur, ekskursiyaçılar -Məmmədova Naibə və Ağayeva Xəyalə Rəncbər kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri üçün elmi praktiki konfrans formasında  tədbir keçirmişlər.

Tədbirdə iştirak edən qoruq əməkdaşları “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” və Hacıqabul rayonu ərazisində yerləşən tarixin nadir sənət incisi ,XI-XIV əsrin yadigarı olan “Pir Hüseyn Xanəgahı” haqqında məktəblilərə geniş məlumat vermişlər. Verilən məlumatlar məktəblilərdə marağa səbəb olmuş və bu günün mahiyyəti haqqında bir sıra suallar vermişlər.

Məlumat üçün bildirək ki, “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu vaxtaşırı olaraq, rayon məktəblərində belə tədbirləri keçirilməsi ənənə halına çevrilmişdir. .

Sonda bu tədbirin keçirilməsində göstərdiyi köməkliyə görə Rəncbər kənd məktəbinin rəhbərliyinə qoruğumuz adından təşəkkür edirik.

 

Spread the love