Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş kitab sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda may ayının 7-si və 10-u tarixlərində, yəni 3 gün ərzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş kitab sərgisində Şirvan şəhər 9, 16 saylı, Ələt qəsəbəsi 127 saylı, Yevlax rayon 4 saylı məktəblərinin şagird və müəllimləri iştirak edirdilər. Sərgidə Ümummilli lider Heydər Əliyevə həsr edilmiş əsərlər gələn qonaqlara nümayiş etdirildi. Qoruq əməkdaşları tərəfindən Hydər Əliyevin həyat və fəaliyyəti, həmçinin sərginin məqsədi haqqında hər kəsə məlumat verilib. Sərgi gələn qonaqlar tərəfindən maraqla qarşılanıb.

10.05.18 tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzi önündə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirildi və ulu öndərə həsr edilmiş kitablar sərgiləndi, məktəblilərin əl işləri nümayiş olundu. Tədbirdə rayon, eləcə də ətraf kəndlərin idarə və təşkilatlarının rəhbərləri, işçi kollektivləri iştirak edirdilər. Eləcə də Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun rəhbərliyi və kollektivimizlə birlikdə tədbirdə iştirak etdik. Tədbir ulu öndərin abidəsi önünə gülqoyma mərasimi ilə başladı. Daha sonra məktəblilər Ümumilli lider Heydər Əliyevə həsr edilmiş şeir töhvələrini söylədilər və qonaqlara Azərbaycan milli rəqsini nümayiş etdirdilər. Balaca fidanlarımız isə hazırladıqları maraqlı səhnələri ilə qonaqları sevindirdilər.


















Spread the love