“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”dür.

“18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar 17.04.2022-ci il tarixində Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda ZOOM proqramı vasitəsilə “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”-“Pir Hüseyn Xanəgahı” adlı onlayn konfrans təşkil olunmuşdur.

Konfransın moderatoru olan qoruğun Böyük elmi işçi Elmin Yusifli ilk öncə konfrans iştirakçılarını salamlayaraq, bu gün ilə əlaqədar öz təbriklərini çatdırdı.Daha sonra çıxışını davam etdirərək, bu günün yaranma tarixindən və ölkə ərazisində yerləşən abidələr haqqında geniş məlumat verdi.Elmin Yusifli həmçinin, Qarabağ ərazisində yerləşən tarixi abidələrimizin və dini ocağlarımızın erməni vandalları tərəfindən dağıdıldığını diqqətə çadırdı. Hal-hazırda isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyilə işğaldan azad olunmuş torpaqlarda bərpa və quruculuq işlərinin aparıldığını bildirdi.Daha sonra Elmin Yusifli “Pir Hüseyn Xanəgahı”  nda yerləşən abidələr haqqında məlumat vermək üçün sözü qoruğun ekskursavodu Naibə Məmmədovaya verdi.

Naibə Məmmədova “Pir Hüseyn Xanəgahı” ərazisində yerləşən 7 tarixi abidə (Sərdabə, Qala divarları, Məscid-Minarə, Karvansaray, Köməkçi otaqlar, Türbə və Qədim qəbristanlıq)  barədə geniş məlumat verdi.O, “Pir Hüseyn Xanəgahı” nın azərbaycanın tarixi məkanları içində böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Tədbirin davamı olaraq qoruğun Direktoru Məhərrəm Müslümov “Pir Hüseyn Xanəgahı” haqqında ətraflı məlumat verdi.Məhərrəm Müslümov erməni vandallarının Xanəgaha vurduqları ziyanlardan və Xanəgaha aid olan qiymətli Kaşı parçalarının ermənilər tərəfindən oğurlandığını bidldirdi.Hal-hazırda isə həmin Kaşı parçalarının Avropanın bir çox muzeylərində, Moskvada, Gürcüstanda saxlanıldığını diqqətə çatdırdı.

Daha sonra Xanəgah haqqında qoruğun Elmi işçisi Zaur Cəfərov məlumat verdi. Zaur Cəfərov müasir dövrdə qoruğun fəaliyyətindən, qoruğun yaranma tarixindən və görülən işlər barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Sonda Elmin Yusifli konfrans iştirakçılarına qoruq adından təşəkkür etdi və gələcək işlərində uğurlar arzuladı

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun böyük elmi işçisi Elmin Yusifli.

 

Spread the love