Qələbə Günü və Ümummilli Lider Heydər Əliyevin doğum günü

“9 May Qələbə Günü” postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunduğu kimi, ölkəmizdə də qeyd olunur. Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir.

Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da “9 May Qələbə Günü” və “10 May-Ümummilli Lider Heydər Əliyevin 99-cu il ildönümü” ilə əlaqədar tədbir keçirilmişdir. Keçirilən tədbirdə qoruq əməkdaşları ilə yanaşı, Ələt qəsəbəsi 303 nömrəli tam orta məktəbinin, Şirvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri və qoruğa gələn digər ekskursiyaçılarda iştirak etmişdir.

Tədbirdə qoruğun baş elmi işçisi Elmin Yusifli “9 May Qələbə Günü”nün mahiyyətindən danışaraq tədbir iştirakçılarına məlumat vermişdir. Elmin Yusifli qeyd etmişdir ki, Azərbaycanın neçə-neçə igid oğul və qızları İkinci Dünya Müharibəsində qəhrəmanlıq göstərmişdir.

Tədbirin davamı olaraq baş elmi işçi Elmin Yusifli “10 May-Ümummilli Lider Heydər Əliyevin doğum günü”nün hər il ölkəmizdə geniş şəkildə qeyd olunduğunu bildirmişdir. O, sözünün davamı olaraq, bildirdi ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmiş və müasir azərbaycanın qurucusu olmuşdur.Sonra isə qoruğun ekskursiyaçısı Naibə Məmmədova günün mahiyyəti haqqında çıxış etmişdir.Azərbaycan xalqının xoşbəxt və müstəqil şəraitdə yaşamasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun baş elmi işçisi Elmin Yusifli.

Spread the love