Bu gün “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda tədbirlərin keçirilməsi ənənəsinə sadiq qalaraq qoruqda növbəti tədbir təşkil edilmişdir.

Bu dəfəki tədbir “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuşdur. Tədbirdə Hacıqabul rayon və Şirvan şəhər 9 saylı tam orta məktəb şagird və müəllim kollektivləri iştirak edirdi.Tədbir iştirakçılarına tarixi abidə ilə yanaşı tədbirin mahiyyəti haqqında qoruğun bələdçisi İsmayılov Mirislam geniş məlumat verdi.

Qoruğun bələdçisi qeyd etdi ki, 1 iyun 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfrans”ında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd edilir.

Sonda xatirə fotoşəkilləri çəkildi.





Spread the love