Qoruq əməkdaşları “Pir Hüseyn Xanəgahı” ərazisində yerləşən şəhid Röyal Tağıyevin məzarını ziyarət etmişlər.

Şəhidlik elə bir uca məqamdır ki, hər kəsə nəsib olmaz..Torpaq bizi sevirsə, adımız şəhiddir.44 günlük II Qarabağ savaşı bizə nələri öyrətmədi, nə həyəcanlar yaşatmadı ki.. Oğullarımız ictimai, siyasi mövqeyindən, yaşadığı yerdən, sosial vəziyyətindən asılı olmayaraq doğma vətən uğrunda müdafiəyə qalxdı.Doğma kəndimiz də həmçinin…
Qubalıbaloğlan kəndi də bu qanlı haqq savaşında 3 şəhid verdi..Kəndimizin II Vətən müharibəsinin ilk şəhidi Röyal Tağıyevdir.Röyal 1995-ci il may ayının 13-də anadan olmuşdur.Deyib-gülən, həyat dolu biri idi.Hərbi xidməti Beyləqan, Ağdam, Tərtər şəhərlərində yerinə yetirib..Xidməti yerinə yetirdikdən sonra əmək fəaliyyətinə mühafizəçi işləməklə başlayıb.
II Qarabağ müharibəsi başlanan gündən Röyal ön cəbhədə düşmənlə mərdliklə vuruşub.Onun döyüş yolu Suqovuşan, Füzuli, Xocavənd ərazilərindən keçib.6 oktyabr Füzuli-Hadrud istiqamətində şəhid olmuşdur.
Sözün əsl mənasında nur üzlü Röyal şəhid olmaq üçün bu dünyaya gəlmişdi.O, canını vətən yolunda fəda, azyaşlı qızını bizə əmanət etdi..
Amansız, dinsiz, imansız düşmənlə üz-üzə olan bir dövlətik.Bu müharibədə haqqımız olanı aldıq.Buna görə nə qədər canlar, qanlar getdi.Minlərlə ailə sağlam göndərdiyi övladını bayraqla sarılı olan tabutla qarşıladı, ürəyi alovsuz yansa da, “Təki vətən sağ olsun”,-dedi..Yalnız bayraqla sarılmış tabutu görən ata, anası bildi ki, oğlanları şəhid olub.Bu hissləri nəinki yaşamaq, bir anlıq düşünmək nə qədər ağırdır.
13.05.2022-ci il tarixində Qubalıbaloğlan kənd məzarlığında dəfn olunan II Qarabağ Şəhidi Tağıyev Röyal Tağı oğlunun məzarı doğum günü ilə əlaqədar olaraq Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun kollektivi tərəfindən ziyarət olunmuşdur.Qoruq əməkdaşları Şəhidi 1 dəqiqəlik sükutla yad etmiş, ruhuna dualar oxumuş, məzarı üzərinə tər gül dəstələri düzmüşlər.
Allah şəhidlərimizə rəhmət etsin.


Spread the love