Sərhədlər açıldıqca ölkəmizə gələn xarici turistlərin sayı artmaqdadır.

Bu gün 23.05.2022 -ci il tarixində Çexiya Respublikasından bir qrup turist qoruğumuzu ziyarət etmişlər.Turistlərə qoruğun bələdçisi Məmmədova Naibə tarixi abidə haqqında geniş məlumat vermişdir. Xarici qonaqlarda “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu böyük maraq doğurmuş və onları maraqlandıran çox saylı sualları qoruğun əməkdaşları cavablandırmışlar. Xarici turistlərin bələdçisi Petr Zuerko bu tarixi məkanın onlarda böyük maraq yaratdığını bildirərək təkrarən bura yeni turistlərlə gələcəklərini bildirmişdir. Ekskursiyanın sonunda turistlər rəy kitabında öz müsbət fikirlərini qeyd edərək qoruq əməkdaşları ilə xatirə şəkilləri çəkdirmişlər.

Spread the love