“28 May Müstəqillik Günü”dür.

Bu gün-28 may tarixi Azərbaycanda “Müstəqillik Günü” kimi qeyd olunur.

Bu tarixi gün dövlətimizin hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da geniş şəkildə qeyd olunur.Tədbirlər planına uyğun olaraq 23-28 may tarixlərində qoruğa gələn ekskursiyaçılara bu günün mahiyyəti barədə geniş məlumatlar verilmişdir.Keçirilən tədbirdə S-Nur turizm marşurutunun bir qrup ekskursiyaçısı, bir neçə məktəbli və qoruğa gələn digər qonaqlar iştirak etmişdir.

27.05.2022-ci il tarixində “28 May Müstəqillik Günü” adlı tədbir keçirilmişdir. İlk öncə qoruğun baş elmi işçisi Elmin Yusifli tədbir iştirakçılarını salamlayaraq, tədbirin mahiyyəti haqqında geniş məlumat vermişdir.Baş elmi işçi “Respublika Günü”nün 2021-ci ildə “Milli Məclis”in qərarı ilə “Müstəqillik Günü” və 18 oktyabrı isə “Müstəqilliyin bərpa edilməsi günü” elan edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.Elmin Yusifli “28 May Müstəqillik Günü”nün şanlı tariximizə qızıl hərflərlə həkk olunduğunu və hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gün olduğunu bildirdi.Sonra baş elmi işçi mövzunun davamı olaraq  sözü  qoruğun elmi işçisi Zaur Cəfərova vermişdir. Zaur Cəfərov “28 May Müstəqillik Günü”nün hər il ölkəmizdə xüsusi qeyd edildiyini, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşdığını bildirdi.Zaur Cəfərov sözünün davamı olaraq Ali Baş Komandanımızın və Rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımızın uzun illərdən sonra “28 may Müstəqillik Günü”nü Vətən müharibəsi zəfərinin qüruru ilə yaşadığını və qeyd etdiyini söylədi.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

 

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun baş elmi işçisi Elmin Yusifli.

Spread the love