“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii qoruğunda təcrübə mübadiləsində olmuşlar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2022-ci ilin I yarımili üçün təsdiq olunmuş iş planına uyğun olaraq 30.05.2022-ci il tarixdə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii qoruğuna təcrübə mübadiləsi məqsədilə səfər etmişlər.

Səmimi qarşılanmadan sonra Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji matereallarla  Qəbələnin tarixi etnoqrafiyası ilə yaxından tanışlıq edilmişdir.

Geniş tanışlıqdan sonra masa ətrafında Qəbələ Dövlət Tarix-Bədii qoruğunun direktoru Zahid Kərimov və “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun direktoru Məhərrəm Müslümovun iştirakı ilə hər iki Qoruğun kollektivinin əməkdaşlığı haqqında birgə müzakirələr aparılmışdır. Geniş müzakirələrin sonunda qərara alınmışdır ki, hər iki qoruğun fəaliyyəti bundan sonra daha geniş formada əlaqələndirilsin və qoruğların fəaliyyətinin dövrü mətbuatda və sosial şəbəkələrdə daha da geniş işıqlandırılmasında yardımçı olsunlar.

Görüşün sonunda hər iki kollektivin əməkdaşları birlikdə xatirə şəkli çəkdirərək xoş təəssüratlarla ayrılmışlar.

Spread the love