18 Aprel 2015 Pir Hüseyn Tarix-Memarlıq Qoruğunda Beynalxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə geniş tədbir keçirilmişdir.

18 Aprel 2015- ci il tarixdə saat 11-00 da Hacıqabul Rayon Pir Hüseyn Tarix-Memarlıq Qoruğunda Beynalxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbirdə Rayon Mədəniyyət, Təhsil işçiləri, şagirdlər və sakinlər iştirak etmişdir.Abidələr günü münasibətilə Qoruğun direktoru M.Xəlilov geniş çıxış etmişdir. Daha sonra Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru M.İsayev, Qubalı Baloğlan kənd orta məktəbin direktoru Bahadur Əzizov, Rayon Gənclər və İdman İdarəsinin Rəisi S.Ələsgərov və elmi işçilər çıxış etmişlər.

Tədbir zamanı Hacıqabulun qeydiyyatda olan və aşkarlanmış abidələri nümayiş etdirildi. Çay süfrəsi ilə tədbir sona çatdı.








Spread the love