“26 İyun Silahlı Qüvvələr Günü” dür.

Bu gün Azərbaycanın təqvimində əhəmiyyət kəsb edən bayramlardan olan “Silahlı Qüvvələr Günü” dür.Hər il bu önəmli bayram Azərbaycanda xüsusi olaraq qeyd olunur.

Bu bayram  Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da qeyd edilmişdir. ”26 İyun Silahlı Qüvvələr Günü” ilə əlaqədar keçirilən tədbirdə Qaradağ rayonu Ələt qəsəbəsi 110 saylı tam orta məktəbinin, Hacıqabul rayon 5 saylı tam orta məktəbinin və  Hacıqabul rayon Atbulaq kəndi Cavad Cavadov adına tam orta məktəbinin şagirdləri və qoruğa ekskursiyaya gələn digər qonaqlar iştirak etmişlər. .

İlk öncə tədbir iştirakçılarını salamlayan qoruğun baş elmi işçisi   Elmin Yusifli 1998-ci il 26 iyun tarixində Azərbaycan Respublikası “Silahlı Qüvvələri Günü” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Elmin Yusifli bu günün Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən günlərdən biri olduğunu söyləmişdir. Mövzu ətrafında geniş çıxış etdikdən sonra, sözü qoruğun elmi işçisi Zaur Cəfərova vermişdir. Zaur Cəfərov Silahlı Qüvvələrimizin Azərbaycan dövlətinin tarixində misilsiz xidmətlərindən bəhs etmişdir. Zaur Cəfərov Məhz Silahlı Qüvvələrimizin rəşadəti, qəhrəmanlığı sayəsində Azərbaycan dövlətinin 2020-ci il 27 sentyabrda erməni vandallarının başlatdığı və 44 gün davam edən “Vətən Müharibəsi” ndə tarixi zəfərə imza atdığını bildirmişdir. Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq” adlandırdığı müharibədə xalqımız əzəli və əbədi torpaqlarına qovuşduğunu qeyd etmişdir.

Tədbirin davamında qoruğun elmi işçiləri eksursiyaçıların suallarını cavablandırmışlar.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.
“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq
Qoruğunun baş elmi işçisi Elmin Yusifli.

Spread the love