“Şəhid Samir Alışovun doğum günü” dür.

Ölkəmiz II Vətən Müharibəsində Şəhidlərin qanı bahasına əzəli torpaqlarımızı geri qaytardı. II Vətən Müharibəsində Qubalıbaloğlan kəndi də 3 Şəhid verdi.

     Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Şəhid Alışov Samir Cəlil oğlunun doğum günüdür. Samir Alışov sentyabrın 29-u könüllü olaraq döyüşlərə qatılıb. Əsasən Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edən Samir, oktyabr ayının 24-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Samir Alışov Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

 

     Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun kollektivi qoruq ərazisində yerləşən Qubalıbaloğlan kənd məzarlığında uyuyan Şəhid Samir Alışovun doğum günündə şəhidin ailəsilə birlikdə məzarını ziyarət etmişlər. Qoruq əməkdaşları Şəhidi 1 dəqiqəlik sükutla yad etmiş, ruhuna dualar oxunmuşdur.

    Allah Şəhidlərimizə rəhmət etsin.

Spread the love