Qoruqda xarici qonaqla görüş

27 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun tarixində əlamətdar bir gün kimi təqvimə düşmüşdür. Həmin gün UNESCO-nun məşvərət qurumu olan İCOMOS-un baş eksperti tarixi yerlər və memarlıq üzrə tanınmış mütəxəssisi Hassım Mahdy qoruqda olmuşdur. Tanınmış mütəxəssis xanəgah kompleksinin tarixilə maraqlanmış, qədimdə onun ticarət karvan yolu üzərində yerləşməsinin əhəmiyyətindən danışmış və onun bu sahədə necə bir qiymətli abidə olduğunu dəyərləndirmişdir. Qoruğun direktoru Məhərrəm  Müslümov hörmətli qonağa “Pir Hüseyn Xanəgahı” haqqında geniş məlumat vermiş və vaxtilə erməni vandallarının bu xanəgaha vurduğu amansız vandalizm aktı haqqında öz bilgilərini qonaqla bölüşmüşdür.

Hörmətli qonaqdan xahiş edilmişdir ki, tariximizin nadir incilərindən olan bu memarlıq abidəsi haqqında UNESCO mütəxəssislərinə məlumatlar versin.

Xanəgah kompleksi ilə tanışlıqdan sonra görüş qoruğun bağçasında çay süfrəsi arxasında davam etdirilmişdir.

Hassım Mahdy öz çıxışında bildirmişdir ki, əlində olan imkanlardan istifadə edərək, işlədiyi qurumda məlumat verəcəkdir.

Sonda hörmətli qonaqla xatirə şəkilləri çəkilmişdir.

Spread the love