“15 Sentyabr Bakının erməni işğalından azad edilməsi günü” dür.

             

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

     104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək, Azərbaycan dövlətinin tarixinə şərəfli gün kimi yazmışlar.

     Erməni-bolşevik birləşmələrinin törətdiyi ziyanlar Hacıqabul rayon Qubalıbaloğlan kəndindən, eləcə də burada yerləşən “Pir Hüseyn Xanəgahı” ndanda yan keçməmişdir.1918-ci ildə erməni-bolşevik qüvvələri rayonun ən qədim tikilisi olan “Pir Hüseyn Xanəgahı” nı da dağıntıya məruz qoymuşdur.

     Bu gün ilə əlaqədar 15.09.2022-ci il tarixində Hacıqabul rayon Qubalıbaloğlan kəndində yerləşən Azəri-Türk məzarlığında tədbir keçirilmişdir.Tədbirdə YAP Hacıqabul rayon təşkilatının kollektivi və rayon təşkilatlarının nümayəndələri iştirak etmişlər.İlk öncə tədbir iştirakçıları Şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmiş, ruhlarına dualar oxumuşlar.Sonra günün mahiyyəti haqqında çıxışlar olundu və tədbir iştirakçılarına məlumatlar verildi.

    Tədbirdə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov və baş elmi işçi Elmin Yusiflidə iştirak etmişlər.Qoruğun direktoru tədbir iştirakçılarına erməni daşnaklarının bu ərazidə və xanəgahda törətdikləri vəhşiliklər haqqında geniş məlumat vermişdir.

    Qeyd edək ki, Azəri-Türk məzarlığında 12 Şəhid məzarı vardır.Bunlardan 6-sı azəri, 6-sı isə türk şəhid məzarıdır.

     Azəri-Türk məzarlığı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir.

     Allah Şəhidlərimizə rəhmət etsin.

 

“Pir Hüseyn Xanəgahı” nın

Elmi işçisi Zaur Cəfərov

 

 

 

Spread the love