“II Vətən Müharibəsi Əlilləri Pir Hüseyn Xanəgahında olmuşlar”

14.09.2022-ci il tarixində “Şirvan şəhər Əlillərin Reabilitasiya Mərkəzi” nin heyəti və orada müalicə alan II Vətən müharibəsi qaziləri “Pir Hüseyn Xanəgahı” nda olmuşlar.Qonaqlara qoruğun ekskursavodu Naibə Məmmədova ekskursiya keçərək, qoruq haqqında məlumat vermişdir.Sonra II Vətən müharibəsi qaziləri müharibə dövründə keçdiyi yollardan geniş söz açmış və fikirlərini bölüşmüşlər.

Onlar qoruqdan xoş təəssüratla ayrıldıqlarını bildirmiş və qoruq əməkdaşlarına işlərində uğurlar arzulamışlar.Bizdə öz növbəmizdə Şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyirik.

Sonda xatirə fotoşəkilləri çəkilmişdir.

 

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun elmi işçisi Zaur Cəfərov.

 

 

 

 

 

 

 

 

 

 

 

Spread the love