“27 Sentyabr Anım Günü”dür.

      Bu gün sentyabrın 27-i Azərbaycanda “Anım Günü” kimi qeyd edilir. Bu tarix 2 dekabr 2020-ci il Prezident İlham Əliyevin sərəncamına əsasən təsis edilmişdir. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

    Bu gün ilə əlaqədar olaraq, Qoruq rəhbərliyi Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə iştirak etmiş, Şəhidlər Xiyabanında uyuyan Şəhid məzarlarının üzərinə tər gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar.

    Tədbirlərin davamı olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun rəhbərliyi və kollektivi 27 Sentyabr 2022-ci il tarixində qoruq ərazisində yerləşən Qubalı-Baloğlan kənd məzarlığında dəfn olunan “Vətən Müharibəsi” Şəhidlərinin məzarlarını ziyarət etmişlər. Qoruğun kollektivi Şəhid məzarlarının üzərinə gül-çiçək dəstələri qoymuş və Şəhidlərin ruhuna dular oxunmuşdur.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizi böyük ehtiramla yedirik!

Spread the love