“18 Oktyabr Müstəqilliyin Bərpa Edilməsi Günü”dür.

18 oktyabr  2021-ci ildən etibarən respublikamızda  “18 Oktyabr Müstəqilliyin Bərpa Edilməsi Günü” kimi  qeyd olunur.

      Bu əlamətdar gün Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da qeyd olunur. Tədbirlər planına uyğun olaraq 17-18 oktyabr tarixlərində qoruğa gələn ekskursiyaçılara bu günün mahiyyəti barədə ətraflı məlumatlar verilmişdir.

       18.10.2022-ci il tarixində qoruğun ekspozisiya zalında “18 Oktyabr Müstəqilliyin Bərpa Edilməsi Günü” adlı tədbir keçirilmişdir. Keçirilən tədbirdə ilk öncə qoruğun elmi işçisi Zaur Cəfərov tədbir iştirakçılarını salamladı və bu ələmətdar gün haqqında  məlumat verdi.  Zaur Cəfərov 18 oktyabr 2021-ci ildən etibarən Milli Məclisin qərarı ilə  “18 Oktyabr Müstəqilliyin Bərpa Edilməsi Günü” kimi qeyd edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

       Elmi işçi Azərbaycan dövlətinin müstəqillik dövründən geniş məlumat verdi. Sonra tədbirin davamı olaraq, Zaur Cəfərov sözü qoruğun ekskursiyaçısı Naibə Məmmədovaya verdi. Naibə Məmmədova mövzu ətrafında məruzəni davam etdirərək,  artıq ikinci ildirki  bu günün “Milli Müstəqillik Günü” kimi yox, “Müstəqilliyin Bərpa Edilməsi Günü” kimi qeyd edilməsini bildirdi. Qoruğun ekskursiyaçısı çıxışını davam etdirdi və müstəqilliyimizin , suverenliyimizin yolunda dövlətimizin və xalqımızın yaşadığı əzablardan bəhs etdi.

       Tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi.

        Müstəqilliyimiz əbədi və sarsılmazdır!

        “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

         qoruğunun baş elmi işçisi Elmin Yusifli.

 

Spread the love