Şəhid Zeynalov Fikrət Hikmət oğlunun anım günüdür.

23.10.2020-ci il tarixi XTQ giziri Şəhid Zeynalov Fikrət Hikmət oğlunun torpağa tapşırıldığı gündən iki il ötür. Şəhid Zeynalov Fikrət 2018-ci ildə “kiçik gizir” hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq xidmət göstərmişdir. 2020-ci ilin 27 sentyabr tarixində başlamış “Vətən müharibəsi” dövründə Şəhid Fikrət Zeynalov snayperçi kimi düşmənin 93 hərbiçisini dəqiq atəşlə məhv etmişdir. Şəhid Zeynalov Fikrət Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonun işğaldan azad olunmasında böyük şücaətlilik göstərmişdir. Fikrət Zeynalov oktyabr ayının 16-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Qeyd edək ki, Şəhid Zeynalov Fikrət ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, ”Kəlbəcərin azad olunmasına görə” və ”Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilmişdir.

“27 sentyabr Anım Günü” və “08 noyabr Zəfər Günü” ilə əlaqədar olaraq, hazırlanmış tədbirlər planı çərçivəsində nəzərdə tutulmuş növbəti tədbir Şəhid Fikrət Zeynalovun valideyinləri ilə görüş və məzarını ziyarət etmək olmuşdur.

Bu Anım günü ilə əlaqədar olaraq, 24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun rəhbərliyi və kollektivi Rəncbər kənd qəbrstanlığında yerləşən şəhidin məzarını ziyarət etmişlər. Atası qoruğun kollektivinə Fikrətin döyüş yolu haqqında söz açmışdır. Qoruq kollektivi Şəhidin məzarı üzərinə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar.

Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr və qazilərimizə şəfa diləyirik.

“Pir Hüseyn Xanəgahı ” nın ekskursiyaçısı

Naibə Məmmədova.

 

Spread the love