Şəhid Alışov Samirin anım günüdür.

     Bildiyimiz kimi, Azərbaycan ordusu 2020-ci ilin 27 sentyabr tarixində öz haklı savaşına, torpaqlarımızın azad olunmasına başlamışdır. Azərbaycanın bütün bölgələrinin mərd oğulları torpaqların azad olunması yolunda müharibəyə yollanmışlar. Mərd oğulların, Şəhidlərin qanı bahasına torpaqlarımız 44 Gün davam edən II Qarabağ Müharibəsində azad olunmuşdur.

    Torpaqlarımızın azadlığı uğrunda Şəhid verən bölgələrindən biri də, Hacıqabul rayonudur. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Hacıqabul rayonu 24 Şəhid verdi. 24 Şəhiddən 3-ü Qubalıbaloğlan kəndindən olmuşdur.

       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “27 Sentyabr Anım Günü” və “8 Noyabr Zəfər Günü” ilə əlaqədar  tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında  nəzərdə tutulmuş növbəti tədbir qoruq ərazisində yerləşən Qubalıbaloğlan kənd məzarlığında uyuyan 3 Şəhiddən biri Samir Alışovun  məzarının ziyarət olunması olmuşdur.Şəhid Samir Alışov sentyabr ayının 29-u könüllü olaraq döyüşlərə qatılıb. Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edən Samir, oktyabr ayının 24-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Şəhid Samir Alışov Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

       25.10.2022-ci il tarixində “Pir Hüseyn Xanəgahı” nın kollektivi sözü gedən qəbrstanlıqda olmuş, orada uyuyan Şəhid məzarlarını ziyarət etmişlər. Qoruq kollektivi Şəhid məzarları üzərinə gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar.Sonra Şəhid valideynləri Şəhidlərimizin keçdikləri döyüş yolundan və xatirələrindən geniş söz açmışlar.

     Allah Şəhidlərimizə rəhmət etsin.

 

 

“Pir Hüseyn Xanəgahı” nın elmi işçisi

Zaur Cəfərov

Spread the love