“Hacıqabul rayonunda YAP-ın yaradılmasının 30-cu ildönümü qeyd edilmişdir”

 

Bu günlərdə “Yeni Azərbaycan Partiyası”nın yaradılmasının 30-cu ili Respublikanın hər yerində qeyd edilməkdədir. Azərbaycanın hər yerində olduğu kimi bu tarixi gün 27.10.2022-ci il tarixdə də Hacıqabul rayonunda da qeyd edilmişdir.

Rayonun Mərkəzi Mədəniyyət Klubunda rəsmi qonaqların, rayon rəhbərliyinin və YAP üzvü olan rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra isə Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə çıxış edən Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə YAP-ın yaranmasının tarixindən və onun müasir Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan geniş söhbət açmışdır.

Daha sonra Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov çıxış edərək Hacıqabul ictimaiyyətinin Yeni Azərbaycan Partiyasının inkişafındakı fəaliyyətindən bəhs edərək, bundan sonra da rayonda yaşayan partiya üzvlərinin dövlətçiliyimizin inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Tədbirdə Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov və böyük elmi işçi Yusifli Elmin təmsil etmişdir.

Böyük elmi işçi Yusifli Elminə partiya vəsiqəsini görkəmli dövlət xadimi Arif Rəhimzadə şəxsən təqdim etmişdir.

Partiya üzvü olan qoruq əməkdaşları olaraq bundan sonra da Yeni Azərbaycan Partiyasının yürütdüyü siyasi xətti  daimi olaraq təbliğ və müdafiə edəcəyik.

 

Hacıqabul rayon  “Pir Hüseyn Xanəgahı”

tarix-memarlıq qoruğunun katibə-makinaçısı  

                                      Mirzəyeva Şahnaz Vadər qızı.

 

 

Spread the love