“8 Noyabr Zəfər Günü” və “9 Noyabr Bayraq Günü”dür.  

“8 Noyabr Zəfər Günü” və “9 Noyabr Bayraq Günü” Azərbaycan dövlətinin ən qürurlu və qüdrətli bayramlarından biridir. Bu qürurlu və tarixi günlər hər il ölkəmizdə böyük sevinclə qarşılanır. Bu ildə bu günlər Azərbaycanın hər yerində olduğu kimi Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda da qeyd edilmişdir.

“27 Sentyabr Anım Günü və “8 Noyabr Zəfər Günü” ilə əlaqədar olaraq qoruqda tədbirlər planı hazırlanmış və silsilə tədbirlər keçirilmişdir. 44 gün ərzində qoruq ərazisində yerləşən Qubalıbaloğlan kənd qəbristanlığında dəfn olunan 3 Şəhid məzarı və Rəncbər kənd qəbristanlığında dəfn olunan 1 Şəhid məzarı qoruq əməkdaşları tərəfindən ziyarət olunmuşdur. Bundan əlavə olaraq, 02.11.2022-ci il tarixində qoruq ərazisində ağacəkmə kampaniyası keçirilmişdir. Ağacəkmə kampaniyasında Dövlət Xidmətinin rəisi Azad Cəfərli, xidmətin məsul işçiləri, ölkə ərazində yerləşən Xidmətə məxsus Regional İdarələrin bir sıra əməkdaşı və qoruğun kollektivi iştirak etmişdir.

Tədbirlərin davamı olaraq, 08.11.2022-ci il tarixində Hacıqabul rayonunda Hacıqabul Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə qoruq kollektivinin iştirak etməsi olmuşdur.

Bu əzəmətli günlər ilə əlaqədar olaraq, 05.11.2022-i il tarixində qoruğun ekspozisiya zalında tədbir keçirilmişdir. Tədbirdə ilk öncə vətən və bayraq yolunda canından keçmiş şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra qoruğun  elmi işçisi Zaur Cəfərov tədbir iştirakçılarına bu günlər barədə ətraflı məlumat vermişdir. Zaur Cəfərov 44 günlük əzəmətli “Vətən müharibəsi”ndə qeyrətli Azərbaycan oğullarının göstərdiyi şücaətdən və mərdlikdən söz açmışdır. Azərbaycan dövlətinin üçrəngli bayrağının daimi zirvələrdə dalğalanması üçün oğulların canından keçdiyini bildirmişdir.

Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun

baş elmi işçisi Elmin Yusifli.

   

Spread the love