“17 Noyabr Milli Dirçəliş Günü” dür.

     1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verirdi. Xalqları bir-birinə düşmən edən imperiya öz dayaqlarını saxlamaqdan ötrü, dəhşətli cinayətlərə əl atırdı. 1988-ci ildə noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini yüksəldərək, imperiyaya qarşı bütövlüklə ayağa qalxması dövlətin dirçəliş yolunda dönüş nöqtəsi olmuşdur.

      Bu ələmətdar gün ilə əlaqədar olaraq, qoruğa gələn ekskursiyaçılara ekskursiyaçılar və elmi işçilər tərəfindən ətraflı məlumat verilmişdir. “17 Noyabr Milli Dirçəliş Günü” ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı”nda tədbir keçirilmişdir.Tədbirdə Bakı şəhərinin Pirallahı rayonunun 186 nömrəli tam orta məktəbinin bir qrup müəllim və şagird heyəti iştirak etmişdir.İlk öncə eksursiyaçılara qoruq haqqında ətraflı məlumatlar verilmişdir. Qoruğun baş elmi işçisi Elmin Yusifli tədbir iştirakçılarını salamlayaraq, bu günün tarixi haqqında geniş məlumat vermişdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının dirçəliş yoluna qədəm qoyduğunu məktəb kollektivinin  diqqətinə çatdırmışdır. 1992-ci il 17 noyabr tarixində “Milli Dirçəliş Günü” elan olunmasını bildirmişdir.

         Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

 

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun

böyük elmi işçisi Elmin Yusifli.

Spread the love