“12 Dekabr Ümummilli Lider Heydər Əliyevin Anım Günü" dür.

      Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xatirəsində qurucu və xilaskar dövlət xadimi kimi qalmışdır. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev təcrübəli siyasətilə ölkə tarixində böyük dönüş yaradmışdır. Xalq ölkənin gələcəyini və inkişafını Ulu Öndərin rəhbərliyində görürdü.

      

      Bu gün “Ulu Öndər Heydər Əliyevin Anım Günü” dür. Bu günlə əlaqədar olaraq, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda anım günü keçirilmişdir. 08-12 dekabr tarixlərində qoruğa gələn ekskursiyaçılara elmi işçilər və ekskursavodlar tərəfindən Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətlərindən ətraflı məlumatlar verilmişdir.

      

      12.12.2022-ci il tarixində “Ulu Öndər Heydər Əliyevin Anım Günü” ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə qoruq əməkdaşları ilə yanaşı, qoruğa gələn qonaqlar da iştirak etmişlər.İlk öncə Ulu Öndərin ruhuna dualar oxunmuş və xatirəsi dərin ehtiramla yad edilmişdir.Sonra qoruğun böyük elmi işçisi Elmin Yusifli tədbir iştirakçılarını salamlayaraq, günün mahiyyətindən geniş söz açmışdır.O, Azərbaycanın qüdrətli və əzəmətli dövlət olmasına səbəb Ulu Öndərin qoyduğu yol olduğunu, Ümummilli Liderin bir ömür boyu  ölkəmizin suveren və qüdrətli olması üçün çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.Bu gündə bu yolu Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurla və iftixarla davam etdirdiyini ifadə etmişdir.O, daha sonra mövzu ətrafında məruzəni davam etdirdi.

      

        Tədbirin sonunda xatirə guşəsinin önündə fotoşəkillər çəkilmişdir.

       “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

        qoruğunun baş elmi işçisi Elmin Yusifli.

Spread the love