“20 Yanvar Ümumxalq Hüzn Günü”dür.

20 Yanvar-1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələrinin Bakı şəhər əhalisinə divan tutduğu gündür. Bu gün “ Qanlı 20 Yanvar  Faciəsi” ndən 33 il ötür.

        Bu gün ilə əlaqədar olaraq, tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən, ilk tədbirin keçirilməsi qoruqda nəzərdə tutulmuşdur. 19.01.2023-cü il tarixində Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda “Anım tədbiri” keçirilmişdir. Baş tutmuş tədbirdə ilk öncə 20 Yanvar və Qarabağ Şəhidlərinin xatirələri qoruq əməkdaşları tərəfindən bir dəqiqəlik sükutla yad edilmiş və ruhlarına dualar oxunmuşdur.

         Sonra qoruğun baş elmi işçisi Elmin Yusifli tədbir iştirakçılarına bu günün mahiyyəti haqqında geniş məlumat vermişdir. Baş elmi işçi 20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığını bildirmişdir. Tədbirin davamı olaraq,  qoruğun ekskursiyaçısı Naibə Məmmədova mövzu ətrafında çıxışı davam etdirdi.

         Sonda xatirə fotoşəkilləri çəkildi.

 

       “Qanlı 20 Yanvar Faciəsi” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Hazırlanmış tədbirlər planı  çərçivəsində növbəti tədbirin keçirilməsi rayon ərazisində nəzərdə tutulmuşdur. 20.01.2023-cü il tarixində Hacıqabul rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhidlər Xiyabanı” nda tədbir keçirilmişdir. Keçirilən tədbirdə rayon ictimaiəti ilə yanaşı, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, o cümlədən Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları da iştirak etmişlər.

           İlk öncə Şəhidlərin ruhuna dualar oxunmuş və ehtiramla yad edilmişdir. Sonra tədbir iştirakçıları Şəhid məzarlarına tər gül dəstələri düzmüşlər.

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun

baş elmi işçisi Elmin Yusifli

Spread the love