Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar məktəblilərlə görüş.

Bu il dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə Cənab Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Prezidentin digər sərəncamı ilə bu il Şuşa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir.

     “2023 – cü ilin Heydər Əliyev İli” ilə əlaqədar Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” nda tədbirlər planı hazırlanmışdır.Tədbirlər planında nəzərdə tutulmuş ilk tədbirin rayon ərazisində yerləşən 2 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə 02.02.2023-cü il tarixində qoruq əməkdaşları həmin məktəbin 2a sinif şagirdlərilə görüş keçirmişlər.Tədbiri giriş sözü ilə açan qoruğun elmi işçisi Zaur Cəfərov məktəblilərə Ümummilli Lider Heydər Əliyevin həyatından və keçdiyi ömür yolundan söz açmışdır. Sonra məruzə ətrafında çıxış davam etdirilməsi üçün söz qoruğun baş elmi işçisi Elmin Yusifliyə verildi.O, Heydər Əliyevin mədəniyyətimizə verdiyi töhfələr adlı məruzə ilə çıxış etdi. Daha sonra qoruğun ekskursiyaçısı Naibə Məmmədova rayonun ən qədim tarixi abidəsi olan “Pir Hüseyn Xanəgahı” haqqında məlumat verdi.

     Tədbirin sonunda məktəblilərlə xatirə fotoşəkilləri çəkilmişdir.

 “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq 

qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love