“02 Fevral Gənclər Günü” dür.

Bu gün gənclər günüdür.Gənclər günü dünya ölkələrində qeyd olunduğu kimi, ölkəmizdə də təntənəli şəkildə qeyd olunur.Bu günün ölkəmizdə keçirilməsi 1997-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuşdur.Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir.

Hər il olduğu kimi, bu il də “02 Fevral Gənclər Günü” ilə əlaqədar “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğuna gələn gənclər üçün “Açıq Qapı” elan olunmuşdur.

“Açıq Qapı” günü çərçivəsində qoruğa gələn gənclərə günün mahiyyəti haqqında məlumatlar verilmişdir.

02.01.2023-cü il tarixində “02 Fevral Gənclər Günü” ilə əlaqədar qoruğun ekspozisiya zalında tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan qoruğun elmi işçisi Zaur Cəfərov “02 Fevral Gənclər Günü” haqqında geniş söz açmışdır.O, nitqində qeyd etdi ki, “02 Fevral Gənclər Günü” nün ölkəmizdə təsis edilməsində Ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur.

Sonra qoruğun ekskursiyaçısı Naibə Məmmədova mövzu ətrafında çıxışı davam etdirdi.

Sonda xatirə fotoşəkilləri çəkildi.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq

qoruğunun elmi işçisi Zaur Cəfərov

Spread the love