Tarix dərslərində yerli materiallardan istifadə mövzusunda seminar

26 05 2015- ci il tarixdə Hacıqabul şəhər 10 saylı təbiət litseyində Rayon Təhsil Şöbəsinin və Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun əməkdaşlarının və Mərkəzi kitabxananın işçilərinin iştirakı ilə “Tarix dərslərində yerli materiallardan istifadə mövzusunda seminar keçirildi. Seminarda rayonun tarix müəllimləri, qoruq işçiləri və kitabxananın əməkdaşları iştirak edirdilər.Tədbiri giriş sözü ilə Rayon Təhsil şöbəsinin metod kabinet müdürü Təranə Həmidova açdı. Əsas məruzəni qoruğun direktoru Mübariz Xəlilov etdi. Tədbirdə Hacıqabul Tarixinə aid kitablar, toplular, broşuralar və “Mədəni İrs” qəzetinin nümunələri nümayiş etdirilirdi. Ekranda Hacıqabul abidələri və 1918- ci il ryonda mart soyqırımına aid faktlar nümayiş etdirildi. Müəllimlərdən Zaur Əliyev, İradə İbrahimova və Vaqif Səmədov çıxış etdilər.






Spread the love