Zakir Sultanov “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda olub.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 29.09.2018-ci il tarixində Hacıqabul rayon “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunda olub.Hörmətli Zakir müəllim və xidmətin məsul əməkdaşları Qubalı-Baloğlan kəndi ərazisində formalaşmış “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun fəaliyyəti ilə yaxından tanış olublar.

Xidmətin rəisinə məlumat verilib ki, ümumi sahəsi 67 hektar olan qoruq, Mədəniyyət Nazirliyinin 2004-cü il 22 yanvar tarixli 19 № li əmri ilə ölkə əhəmiyyətli tarix-memarlıq qoruğu statusu almışdır.

Zakir Sultanov qoruqla yaxından tanış olduqdan sonra qoruğun fəaliyyətinin dahada gücləndirilməsi, ziyarətçilərin axınının artırılması üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıq və tövsiyyələrini verib. Həmçinin qoruq ərazisində mövcud olan tarixi abidələrin bərpa olunmasının vacibliyini vurğulayıb.

Qeyd etmək lazımdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlar nazirlik yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.

Spread the love